Use the QR code to easily share Message of Islam with others
﴿ فَأَنۢبَتۡنَا فِيهَا حَبّٗا ﴾
Orada dən yetişdirdik.
﴿ وَعِنَبٗا وَقَضۡبٗا ﴾
(Habelə) üzüm və yonca,
﴿ وَزَيۡتُونٗا وَنَخۡلٗا ﴾
zeytun və xurma (ağacları),
﴿ وَحَدَآئِقَ غُلۡبٗا ﴾
sıx-sıx bağlar,
﴿ وَفَٰكِهَةٗ وَأَبّٗا ﴾
meyvələr və otlar da (bitirdik).
﴿ مَّتَٰعٗا لَّكُمۡ وَلِأَنۡعَٰمِكُمۡ ﴾
Sizin və heyvanlarınızın faydalanması üçün.
﴿ فَإِذَا جَآءَتِ ٱلصَّآخَّةُ ﴾
Qulaqları kar edən səs gələndə –
﴿ يَوۡمَ يَفِرُّ ٱلۡمَرۡءُ مِنۡ أَخِيهِ ﴾
o gün insan qaçacaq öz qardaşından,
﴿ وَأُمِّهِۦ وَأَبِيهِ ﴾
anasından, atasından,
﴿ وَصَٰحِبَتِهِۦ وَبَنِيهِ ﴾
həyat yoldaşından və övladlarından!
﴿ لِكُلِّ ٱمۡرِيٕٖ مِّنۡهُمۡ يَوۡمَئِذٖ شَأۡنٞ يُغۡنِيهِ ﴾
O gün onlardan hər birinin yetərincə işi olacaqdır...
﴿ وُجُوهٞ يَوۡمَئِذٖ مُّسۡفِرَةٞ ﴾
O gün (neçə-neçə) üzlər parlayacaq.