Use the QR code to easily share Message of Islam with others
﴿ تَبَّتۡ يَدَآ أَبِي لَهَبٖ وَتَبَّ ﴾
Əbu Ləhəbin əlləri qurusun, qurudu da!
﴿ مَآ أَغۡنَىٰ عَنۡهُ مَالُهُۥ وَمَا كَسَبَ ﴾
Ona nə malı fayda verdi, nə də qazandığı.
﴿ سَيَصۡلَىٰ نَارٗا ذَاتَ لَهَبٖ ﴾
O, alovlanan bir oda girəcəkdir.
﴿ وَٱمۡرَأَتُهُۥ حَمَّالَةَ ٱلۡحَطَبِ ﴾
Onun odun daşıyan arvadı da.
﴿ فِي جِيدِهَا حَبۡلٞ مِّن مَّسَدِۭ ﴾
Onun (arvadının) boynunda xurma liflərindən kəndir...
﴿ قُلۡ هُوَ ٱللَّهُ أَحَدٌ ﴾
(Ey Peyğəmbər!) De: “O Allah Təkdir!
﴿ ٱللَّهُ ٱلصَّمَدُ ﴾
Allah Möhtac deyildir.
﴿ لَمۡ يَلِدۡ وَلَمۡ يُولَدۡ ﴾
O, nə doğub, nə də doğulub,
﴿ وَلَمۡ يَكُن لَّهُۥ كُفُوًا أَحَدُۢ ﴾
Onun heç bir bənzəri də yoxdur”.
﴿ قُلۡ أَعُوذُ بِرَبِّ ٱلۡفَلَقِ ﴾
(Ey Peyğəmbər!) De: “Sığınıram sübhün Rəbbinə!
﴿ مِن شَرِّ مَا خَلَقَ ﴾
Xəlq etdiklərinin şərindən,
﴿ وَمِن شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ ﴾
zülməti çökən gecənin şərindən,