Use the QR code to easily share Message of Islam with others
﴿ إِنَّ رَبَّهُم بِهِمۡ يَوۡمَئِذٖ لَّخَبِيرُۢ ﴾
O gün Rəbbi onlardan xəbərdardır.
﴿ ٱلۡقَارِعَةُ ﴾
(Qəlbləri qorxuya salan) Qariə!
﴿ مَا ٱلۡقَارِعَةُ ﴾
Nədir Qariə?
﴿ وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡقَارِعَةُ ﴾
Sən nə bilirsən ki, nədir Qariə?
﴿ يَوۡمَ يَكُونُ ٱلنَّاسُ كَٱلۡفَرَاشِ ٱلۡمَبۡثُوثِ ﴾
O gün insanlar (ətrafa) səpələnmiş pərvanələr kimi...
﴿ وَتَكُونُ ٱلۡجِبَالُ كَٱلۡعِهۡنِ ٱلۡمَنفُوشِ ﴾
Dağlar isə didilmiş yun kimi olacaqdır.
﴿ فَأَمَّا مَن ثَقُلَتۡ مَوَٰزِينُهُۥ ﴾
(O gün) kimin tərəziləri ağır gələrsə,
﴿ فَهُوَ فِي عِيشَةٖ رَّاضِيَةٖ ﴾
O xoş güzəran içində olacaqdır!
﴿ وَأَمَّا مَنۡ خَفَّتۡ مَوَٰزِينُهُۥ ﴾
Kimin də tərəziləri yüngül gələrsə,
﴿ فَأُمُّهُۥ هَاوِيَةٞ ﴾
onun məskəni Haviyə olacaqdır.
﴿ وَمَآ أَدۡرَىٰكَ مَا هِيَهۡ ﴾
Sən nə bilirsən o (Haviyə) nədir?
﴿ نَارٌ حَامِيَةُۢ ﴾
O, çox qızmar bir oddur!